Ərdoğan:"Hələ ilk gecə ona zəng etdim, söz verdi ki..."

28-01-2017, 00:23           

"O gecə Çiprasa zəng etdim, 15-20 gün ərzində bu işi həll edəcəklərini bildirdi".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyul gecəsi Yunanıstana qaçan çevrilişçilərlə bağlı bu ölkənin qərarına münasibətində bildirib.

"Yunanıstan 8 əsgəri hələ də bizə təhvil vermir. Mən hələ ilk gecə zəng etdim. Söz verdi ki, 15-20 gün ərzində bu məsələni həll edəcək. Bunlar Türkiyədə terror aktı törədiblər, burada mühakimə olunmaları lazımdır. Ekstradisiya prosesindəki yubanma onlara olan etimadın sarsılmasına səbəb olur", – Ərdoğan söyləyib(Axar.az).

Qeyd edək ki, Yunanıstan məhkəməsi 15 iyul dövlət çevrilişinə cəhddə iştirak etmiş 8 hərbçi ilə bağlı Türkiyənin ekstradisiya tələbini rədd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru