S&P Türkiyənin reytinqini “neqativ”ə saldı
28-01-2017, 11:57
Standard and Poor’s (S&P) kredit reytinqi agentliyi Türkiyənin kredit reytinqinin proqnozunu “sabit”dən “neqativ”ə salıb. “Neqativ” proqnoz reytinqin daha da aşağı səviyyəyə düşməsi ehtimalını artırır.
S&P, Türkiyənin xarici valyutada kredit reytinqini “BB”, milli valyutada isə “BB+” səviyyəsində təsdiq edib.
S&P-dən edilən açıqlamada, pul siyasətinin məzənnə və inflyasiya təzyiqlərinə cavabının kifayət etmədiyi bildirilib, inflyasiya və məzənnə təzyiqlərinin Türkiyədəki şirkətlərin və bankların maliyyə gücünü zəiflədərək iqtisadi artıma mənfi təsir edəcəyi qeyd olunub.
S&P, Türkiyə iqtisadiyyatının 2016-cı ildə təxminən 2 faiz artacağını proqnozlaşdırarkən, 2017-ci il üçün isə bu nisbəti 2.4% olaraq təxmin edir.
Qurumdan bildiriblər ki, Türkiyənin xalis xarici maliyyələşmə ehtiyacını qarşılayan ehtiyatların 2017-ci ildə 35 milyard dollar ətrafında olacağı nəzərdə tutulub. S&P həmçinin Türkiyədə cari kəsirin Ümumi Daxili Məhsula (ÜDM) olan nisbətinin 2017-2020 dövründə orta hesabla 4.3 faiz proqnozlaşdırır.