“Qafqaz mənşəli, 180 santimetr boyunda...” – “Reina” qətlimatı haqda ŞOK DETALLAR

28-01-2017, 12:18           

İstanbulda Yeni il gecəsində “Reina” klubuna edilən hücumla əlaqədar yeni detallar ortaya çıxıb.
Publika.az “Hürriyyet” nəşrinə istinadən xəbər verir ki, hücumda 39 nəfəri öldürən İŞİD terrorçusu Abdulqadir Maşaripov polisə verdiyi ifadəsində hücum üçün təlimatı kimdən aldığını açıqlayıb.
Terrorçu təlimatı İŞİD-də “əmirlik” vəzifəsində olan “Əbu Cihad” kod adlı şəxsdən aldığını bildirib. Əbu Cihad İŞİD-də “kadı” (Osmanlı dövründə hakim vəzifəsini yerinə yetirirdi –red.) vəzifəsini yerinə yetirirdi. O, hücumdan sonra əməliyyatla tutulub. Məhz o, Maşaripovu Türkiyəyə hücum üçün razı salıb və hücuma hazırlaşdırıb. Maşaripovun Əbu Cihadla bir necə dəfə əlaqə yaratdığı müəyyən edilib.
Maşaripovun sözlərinə görə, “Reina”da istifadə etdiyi avtomat silah hücumdan 2 gün əvvəl bir terrorçu tərəfindən ona verilib. İddiasına görə, bu terrorçu Qafqaz mənşəli idi və rus dilində danışırdı.
“Dekabrın 29-da mənə gələn mesajda “qapıya biri gəlirsə aç” yazılmışdı. Gecə saatlarında, rus dilində danışan, Qafqaz mənşəli və 180 santimetr boyunda biri gəldi. Əlində çanta var idi. Özü ilə gətirdiyi AK-47-ni (Kalaşnikov), dolu olan 6 daraq və silindr şəklində 3 tünd rəngli bombanı verdi. “İstəsən, bombalarla özünü partlada bilərsən” dedi. Mobil telefonumu aldı, mənə yeni bir telefon verdi və getdi”, - Maşaripov ifadəsində deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.