Alman polisi Öcalan posteri açanlara istintaq başladacaq

19-03-2017, 22:19           
Alman polisi Öcalan posteri açanlara istintaq başladacaq
Almaniyanın Frankfurt şəhərindəki Novruz şənliklərində Abdullah Öcalanın rəsmi və qadağan olunmuş emblemlərdən istifadə edənlər haqqında istintaq başladıla biləcəyi açıqlanıb.

Frankfurt Polis bölməsinin sözçüsü qadağan olunmuş şəkil və simvollardan istifadə edən şəxslər haqqında “şübhəsiz istintaq açılacağını” vurğulayıb.

Polisin verdiyi məlumata görə Novruz şənliyinə 30 mindən çox insan qatılıb. Mitinq sahəsində PKK simvolları və Öcalan posterleri açılıb. Frankfurt Polisi mitinq boyunca nümayişçilərə şifahi anons edərək, qadağalı simvolların olduğu bayraq və posterlərin toplanmasını istəyib.

Amma nümayişə heç bir müdaxilə edilməyib. Polis “toplaşma hüququnun dinc bir şəkildə istifadə edilməsini təhlükəyə atmamaq üçün” belə bir yol seçildiyini deyib. Bu hadisədən sonra Almaniya səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb və baş verənlərlə bağlı qınaq mesajı ona çatdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru