Türkiyə Şimali Koreyanın bütün əmlakına həbs qoydu –VİDEO

24-03-2017, 09:26           

Şimali Koreyanın Türkiyədəki bütün əmlakına həbs qoyulub.

Qərar Türkiyə Nazirlər Kabinetinin toplantısında verilib.

Qərara görə, Şimali Koreyanın BMT tərəfindən müəyyənləşdirilən şəxs və qurumlarının əmlakları və bank hesabları dərhal dondurulur.

Buna səbəb Pxenyanın nüvə başlıqlı raket sınaqlarını dayandırmaması, qonşu ölkələri təhdid etməsidir. Bundan əlavə BMT "qara siyahısı"nda olan Şimali Koreyanın rəsmi şəxslərinin və ailə üzvlərinin Türkiyəyə girişinə də qadağa qoyulacaq.

Həmçinin, Şimali Koreyadan Türkiyəyə mis, sink, gümüş və nikel ixracına da son verilir.
[media=https://www.youtube.com/watch?v=pPzB3XiGaSY]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru