Bakıya etiraz edən türk ölkəsinin İrəvanla “ticari əlaqəsi”

6-04-2017, 08:38           

Avrasiya İqtisadi Birliyinə bəzi üzv dövlətlər arasındakı ticarət mübadiləsi az qala sıfır səviyyəsindədir.

Axar.az xəbər verir ki. bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Avrasiya İqtisadi Birliyində Rusiya və Ermənistanla yanaşı Qazaxıstan, Belarus və Qırğızıstan yer alıb:

“Ermənistanın beynəlxalq idxal-ixrac əməliyyatında Qazaxıstanın payı cəmi 0.1 faizdir (722 min dollar), Belarusun payı 0.4 faiz (3.2 milyon dollar), Qırğızıstan isə ümumiyyətlə, Ermənistanın ticarət tərəfdaşı siyahısında yoxdur. Bu cür biabırçı statitsika ilə Rusiya Prezidenti Vladimir Putin Avrasiya İqtisadi Birliyini Avropa İttifaqına rəqib görür. Zbiqnev Bzejinski düz deyib, bu qurumun ömrü qısa olacaq”.

Politoloq Ermənistanla heç bir iqtisadi əlaqəsi olmayan Qırğızıstanın Pakistanda atdığı addımı da bir daha təəssüflə yada salıb:

“Qırğızıstanı anlamaq çətindir, Ermənistanla heç bir iqtisadi əlaqəsi olmaya-olmaya İqtisadi Əməkdaşlıq Təşkilatının Pakistanda keçirilən sammitində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanata imza atmadı”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.