Braziliyalı model: "Nə mutlu türküm deyənə!"

27-04-2017, 17:03           

O, altı il ərzində Türkiyədə həm "Survivor" yarışmasında, həm də "Krem" adlı serialda iştirak edib

Braziliyalı model Larissa Gacemer Türkiyə vətəndaşlığına qəbul edilib. O, vətəndaşlığa qəbulla bağlı aldığı sənədi videoya çəkərək internetdə paylaşıb. Sputnik Azərbaycan bu barədə Sözcü-yə istinadən məlumat verir. Braziliyalı model Larissa, 2011-ci ildə özü kimi model olan sevgilisi Burak Gacemerlə evlənərək Türkiyəyə köçüb. O, 6 il ərzində Türkiyədə həm "Survivor" yarışmasında, həm də "Krem" adlı serialda iştirak edib. Larissanın vətəndaşlığa qəbulla bağlı yayımladığı videoda səlis türkcə danışması diqqət çəkib. O, sevinclə "Nə mutlu türküm deyənə!" qışqırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru