Türkmənistanda pulsuz su, qaz və işıq ləğv edildi

7-06-2017, 17:53           
Türkmənistanda pulsuz su, qaz və işıq ləğv edildi
FaktXəbər-in verdiyi məlumata görə, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov ölkədə bütün güzəştlərin ləğvi barədə göstəriş verib. Yeni qərara əsasən, yerli vətəndaşlar qaz, su və elektrik enerjisini pulsuz istifadə edə bilməyəcəklər.

Qurbanqulu Berdiməhəmmədov deyib ki, kommunal güzəştlər yalnız əhalinin bəzi təbəqəsinə şamil ediləcək.

Ekspertlər hesab edir ki, ölkə başçısının güzəştləri ləğv etməsi Türkmənistanda 60 faiz işsiz olan əhalinin maddi durumuna ciddi problem yaradacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.