Silahlı şəxs polis bölməsinə hücum etdi

8-06-2017, 09:19           
Silahlı şəxs polis bölməsinə hücum etdi
Türkiyədə silahlı şəxs polis bölməsinə hücum edib.



Musavat.com-un məlumatına görə, hadisə Bursa rayonunun Gülbahçe məhəlləsində baş verib. Məlumata əsasən, bir nəfər bölməsinin həyətində iftar açan polislərə yaxınlaşaraq onlardan Mövlana türbəsinin yerini soruşub. Türbənin uzaqda olduğunu bildirən polislər həmin adamı birlikdə iftar etməyə dəvət ediblər. Bu vaxt əlini silahına atan şəxs ətrafa atəş açmağa başlayıb.



Üstündə bomba olduğunu bildirən şəxs polisləri yaxınına buraxmayıb və polis maşınına minərək hadisə yerindən uzaqlaşıb. Qaşan şəxsi tutmaq üçün dərhal hərəkətə keçilib, axtarışlar davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru