Arınçın “FETÖ”-çü kürəkəni sərbəst buraxıldı,TÜRKİYƏ SİYASƏTİ QARIŞDI, BAXÇALI, TƏYYAR SƏRT DANIŞDI

10-06-2017, 08:34           
Arınçın “FETÖ”-çü kürəkəni sərbəst buraxıldı,TÜRKİYƏ SİYASƏTİ QARIŞDI, BAXÇALI, TƏYYAR SƏRT DANIŞDI
TBMM-in sabiq başqanı və eks vitse-premyer Bülənd Arınçın 4 gün öncə “FETÖ”-çü kimi həbs olunan kürəkəni Əkrəm Yetər bir az öncə sərbəst buraxılıb.
Gununsesi.info-nun FOX-a istinadən xəbərinə görə isə bu addım Türkiyə ciddi təpkilərə səbəb olub.
Bu qərara ilk etiraz səsini uçaldan AKP-li millət vəkili Şamil Təyyar olub.
O, “artıq yetər”-deyə, etirazını bildirib.
Eyni zamanda, MHP genəl başqanı Dövlət Baxçalı da “Tvitter” hesabından bu addıma sərt təpkisini göstərib.
“Əgər bir adam suçsuzsa, niyə həbs olunur? Yox əgər bir adam suçluysa, niyə həbsdən buraxılır?”-deyə, o, sözlərinə əlavə edib.
Bu dəqiqələrdə Arınçdan da açıqlama gəlib.
O, iddia edib ki, Yetər kürəkəni olduğu üçün deyil, hüquq gərəyi olduğu üçün sərbəst buraxılıb:
“Kürəkənim heç zaman “FETÖ”-cü olmayıb, o, hər zaman dövlətinin yanında yer alıb”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.