Suriya dövlət televiziyası: "İŞİD lideri öldürüldü"

11-06-2017, 12:09           
Suriya dövlət televiziyası: "İŞİD lideri öldürüldü"
Aviazərbələr nəticəsində dünyanın ən çox axtarılan cinayətkarı və İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadi məhv edilib.

Virtualaz.org Britaniyanın “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, bu barədə məlumatı Suriya dövlət televiziyası yayımlayıb.

Nəşr onu da əlavə edir ki, bu, əl-Bağdadinin ölümü barədə ilk belə xəbər deyil. Terror təşkilatı hələlik liderinin öldürülməsi haqqında məlumat verməyib.

Bildirildiyinə görə, terrorçuların rəhbəri dünən Rakka şəhərində koalisiya aviasiyasının zərbəsi nəticəsində məhv edilib.

Sonuncu dəfə bu ilin aprel ayında Əbubəkr əl-Bağdadinin ölüm xəbəri yayılmışdı.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru