Türkiyədən sonra hərəkətə keçdilər - Daha bir ölkə Qətərə yardım göndərir

13-06-2017, 08:23           
Türkiyədən sonra hərəkətə keçdilər - Daha bir ölkə Qətərə yardım göndərir
Mərakeş də Qətərə yardım göndərir.



Musavat.com-un məlumatına görə, Mərakeş kralı 6-cı Məhəmməd Qətərə yardım göndərilməsi ilə bağlı əmr verib. Bu barədə Mərakeşin Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda Ramazan ayı ərəfəsində müsəlmanlar arasında yardımlaşmanın əhəmiyyətindən bəhs edilib və qeyd edilib ki, kralın tapşırığından sonra qida dolu təyyarələr Dohaya göndəriləcək.



Qərarın siyasi böhranla əlaqəli olmadığı açıqlamada xüsusi vurğulanıb və əlavə olunub ki, qardaş ölkələr arasında baş verən diplomatik böhranın aradan qaldırılması üçün Mərakeş əlindən gələni etməyə hazırdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru