TBMM üzvü: ”Türkiyə bütün proseslərdə sözünü deyəcək”

14-06-2017, 06:04           
TBMM üzvü: ”Türkiyə bütün proseslərdə sözünü deyəcək”
APA-nın Türkiyə bürosunun məlumatına görə, bu sözləri agentliyin sualını cavablandırarkən Türkiyə Böyük Millət Məclisi Təhlükəsizlik və Kəşfiyyat Komissiyasının üzvü, hakim Ədalət və İnkişaf Partiyasının Manisadan olan millət vəkili Murad Baybatur deyib. APA-nın “İstər Orta Şərqdə və istərsə Fars Körfəzi bölgəsində davam edən proseslərdə Türkiyə fəal rol oynamağa çalışır. Türkiyənin atdığı addımlar hansı planlarından irəli gəlir?”- sualına Manisa millət vəkili Murad Baybatur bu şəkildə cavab verib: “Hər şeydən əvvəl, Türkiyənin bölgəni çox yaxşı tanımasından irəli gəlir. Osmanlı imperiyasının varisi kimi Türkiyə bölgəni orada iddiası olan ölkələrin hamısından yaxşı tanıyır. Əcdadlarımızın ədalətli idarəçiliyi sayəsində bu bölgədə həmişə haqq-ədalət olub. Bu gün Türkiyə bölgəyə yaxından diqqət göstərirsə, bu hər şeydən əvvəl, Türkiyənin tarixi missiyasından irəli gəlir. Bölgədə marağı olan ölkələr bilməlidirlər ki, biz sülh, əmin-amanlıq və ədalət tərəfdarıyıq. Bizim siyasətimiz müstəmləkəçilik deyil, əksinə təbii sərvətlərdən əldə edilən gəlirlərin bölgə ölkələrinin vətəndaşları arasında ədalətli şəkildə bölüşdürülməsidir. Digər tərəfdən, Türkiyə bölgədə öz təhlükəsizliyini düşünmək məcburiyyətindədir. Cərəyan edən proseslərdə ölkəmizə zərər gəlməməsi üçün hörmətli prezidentimiz daima lazımi xəbərdarlıqları edir. Türkiyə bölgədə öz sözünü ədalətli şəkildə deyəcək, o biri ölkələr Türkiyənin təhlükəsizliyinin ziddinə olan addımlar atmağı ağıllarından keçirməsinlər. Yoxsa Türkiyə hamıya haqq etdiyi cavabı verəcək gücə sahibdir. Bunu unutmayacaqlarına inanıram”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.