Avrokomissar: "Aİ-Türkiyə razılaşması Yunanıstana qaçqın axınını 97% azaldıb"

14-06-2017, 06:05           
Avrokomissar: "Aİ-Türkiyə razılaşması Yunanıstana qaçqın axınını 97% azaldıb"
Miqrasiyaya dair Aİ-Türkiyə razılaşması Türkiyə dövlət sərhədindən Yunanıstan ərazisinə qaçqın axınını 97% - gündə 50-dək və ya ayda 4 500 nəfərədək azaldıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Parlamentində miqrasiyanın vəziyyətində dair hesabatla çıxış edən miqrasiya, daxili işlər və vətəndaşlıq məsələləri üzrə avrokomissar Dimitris Avramopulos bildirib.

“Egey dənizində ölən miqrantların sayı da xeyli azalıb. Ümumilikdə, Aİ ölkələrinin Türkiyə ilə 2016-cı ilin iyununda əldə etdiyi sazişin qüvvəyə minməsindən bu vaxtadək miqrantların sayı 97 faiz azalıb”, - deyə Avramopulos bildirib.

Onun sözlərinə görə, Türkiyəyə qaytarılan mühacirlərin sayı martdan mayadək cəmi 311 nəfər təşkil edib.

Avrokomissar Brüsselin Ankara qarşısında üzərinə götürdüyü öhdəlikləri tam həcmdə icra etdiyini qeyd edib. “Aİ miqrasiya sazişi ilə iyulun sonunadək ayrılması nəzərdə tutulmuş 3 mlrd. avrodan 2,9 mlrd. avro artıq Ankaraya köçürüb. Bu məbləğdən 1,57 mlrd. avro artıq Türkiyə ərazisində məskunlaşmış suriyalı miqrantlara xərclənib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.