ABŞ-dan PYD/PKK-ya 348 yük maşını hərbi yardım

16-06-2017, 22:29           
ABŞ-dan PYD/PKK-ya 348 yük maşını hərbi yardım
ABŞ-ın Suriyadakı terror təşkilatı PYD/PKK-ya İŞİD-lə mübarizə səbəbi ilə hərbi yardımları davam edir. Son 10 gündə ümumilikdə 130 yük maşını Rəqqanın şimalındakı təşkilat üzvlərinə göndərilib.

FaktXəbər-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında zirehli maşınların müşayiəti ilə sursat daşıyan 50 yük avtomobili İraq sərhədindən keçərək, təşkilat nəzarətindəki Hasekeyə daxil olub.

Bundan başqa, iyunun 5-də 60, iyunun 12-də 20 yük avtomobili PYD/PKK bölgəsinə çatdırılıb.

ABŞ-ın PYD/PKK terror təşkilatını silahlandırma siyasətini prezident Donald Tramp rəsmi fərmanla təsdiqlədikdən sonra - 15 maydan etibarən 7 dəfəyə ümumilikdə 348 yük maşını hərbi yardım çatdırılıb.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən yayımlanan rəsmi sənəddə Suriyadakı PYD/PKK dəstələrinə veriləcək silahlar siyahısında 12 min ədəd "Kalaşnikov" markalı avtomat, 6 min ədəd pulemyot və 3 min 500 ədəd iri çaplı pulemyot var. Bundan əlavə, siyahıda 3 min ədəd Amerika istehsalı olan RPG-7 və 1000 ədəd Amerika istehsalı olan AT-4 və Rusiya istehsalı olan SPG-9 tank əleyhinə qumbaraatan da yer alıb. Eyni zamanda müxtəlif kalibrə malik 235 ədəd qaubitsa, 100 ədəd snayper tüfəngi, 450 ədəd PV-7 tipli gecəgörmə cihazı və 150 ədəd infraqırmızı lazer aydınlaşdırıcı cihazın terror təşkilatına veriləcəyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru