“Ana müxalifət” lideri “Ədalət!” şüarı ilə yürümək zorunda qalırsa…”- AKŞƏNƏR KILICDAROĞLUNA DƏSTƏK VERDİ

17-06-2017, 00:47           

Türkiyənin nüfuzlu siyasilərindən olan sabiq MHP-çi, eks daxili işlər nazir və keçmiş vitse-spiker Meral Akşənər də CXP genəl başqanı Kamal Kılıcdaroğlunun Ankaradan İstanbula doğru başlatdığı “Ədalət!” yürüşünə dəstək verib.
Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, o, Kılıcdaroğluna dəstəyini şəxsi “Twitter” hesabından paylaşdığı paylaşımından verib.

İlk “twitin”də “Bu günün güclüləri bir zamanlar o günün güclülərinə qarşı “Güclünün hüququ deyil, haqlının hüququ. Ədalət hər kəsə bir gün lazım olur” deyərlərdi”- deyən Akşənər AKP hökümətinin keçmişdəki tutumunu xatırladaraq, “twitləri”nin davamında bunları qeyd edib:
“Ölkəmizdə heç dəyişməyən tavır “ədalət, hüquq və demokrasi” deyərək iqtidara gələnlərin gücü sürdürmək üçün bu tələblərini unutmalarıdır. Ölkəmizdə “ana müxalifət” lideri “Ədalət!” şüarı ilə yürümək zorunda qalırsa, hər kəsin durub düşünməsi gərəkir. Hüzur və ədalət təsis edilməlidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru