“Türkiyənin bir çox problemi var…” –Nobel mükafatı almış türk alim

17-06-2017, 09:03           

"Təkamül nəzəriyyəsi ilə bağlı müzakirələrin aparılması enerjinin hədər yerə istifadə edilməsi deməkdir".

Bu sözləri Nobel mükafatının sahibi, türk alim Əziz Səncər Bakıda Türkiyə səfirliyində bir tələbənin sualına cavab olaraq deyib.

"Mən müsəlmanam və müsəlman olduğumu hər yerdə deyirəm. Türkiyədə təkamül nəzəriyyəsi ilə bağlı müzakirələr məni çox təəssüfləndirib. Türkiyənin bir çox problemi var. Mən Allaha inanıram. İstəyən təkamül nəzəriyyəsinə inanar, istəyən inanmaz. Lakin bu məsələni millətin, dövlətin problemi edərək gərginlik yaratmağımız sadəcə enerjinin boş yerə xərclənməsidir”, – alim bildirib/Kult.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.