Türkiyənin İzmir şəhərinin Karaburun rayonunda 4.5 bal gücündə zəlzələ baş verib.
SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, yeraltı təkanların episentri Egey dənizində, ocağı yerin 11.88 kilometr dərinliyində yerləşib.
Zəlzələ nəticəsində insan tələfatı və dağıntı qeydə alınmayıb.