AKP-yə ciddi rəqib gəlir:AKŞƏNƏR VƏ KOMANDASI

19-06-2017, 23:38           

Türkiyənin nüfuzlu siyasətçilərindən və Dövlət Baxçalı müxaliflərindən olan sabiq MHP-çi Meral Akşənər yeni partiya yaradır.
O, özü yeni partiyanın “siqnal”ını verib.

AKP-yə ciddi rəqib gəlir:AKŞƏNƏR VƏ KOMANDASI
Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, belə ki, Türkiyənin Bursa şəhərində iftar məclisinə qatılan xanım Akşənər artıq Türkiyədə yeni partiyaya ehtiyac duyulduğunu bildirb.
Bu günə kimi 2 minə yaxın şəxslə-əsasən də ülkücülər və MHP-çilərlə görüşdüyünü bildirən Akşənər “keçirdiyim görüşlərdən- istişarələrdən çıxan sonuc yeni bir partiyanın qurulmasıdır” deyib.
“Balgat”takıların neçəsinin çocuğu AKP bələdiyyələrindən ballı maaş alır?
Neçəsinin cocuğu bədəlli əsgərlik etdi?
Məni susdura biləcəyinizi zənn edirsinizsə, yanılırsınız.
Mən qadın halımla qorxmuram, siz nədən qorxursunuz?
20 haziranda-iyunda məhkəmə tərəfindən haqqımız olan qərar çıxmazsa, arkadaşlarımızın böyük bir çoxluğu yeni bir oluşum olmasından-partiya yaradılmasından yanadır”-deyə, o, sözlərinə əlavə edib.
Akşənər həmçinin, CXP genəl başqanı Kamal Kılıcdaroğlu öncüllüyündə başladılan “Ədalət”! yürüşü ilə ilgili bunları deyib:
“Ədalət yürüyüşü qorxu divarlarını yıxacaq çox önəmli bir əyləm-aksiyadır”.
Qeyd edək ki, Akşənər, eyni zamanda, sabiq genəlkurmay başqanı İlkər Başbuğ AKP iqtidarının – Rəcəb Tayyib Ərdoğanın əsas rəqiblərindəndir və ya əsas rəqiblərindən hesab olunur.
Bu səbəbdən onların (ikisindən birinin) müxaliflər-“Hayırçı”lar blokunun önəmli hissəsi tərəfindən 2019-cu ildə “çatı aday”-vahid namizəd kimi irəli sürüləcəyi söylənilir.
Daha çox da Akşənərin müxalifətin böyük kəsiminin “vahid namizədi” olacağı gözlənilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.