Türkiyədə terrorçular hərbi karvana hücum ediblər: 1 ölü, 6 yaralıт

20-06-2017, 08:48           

Türkiyədə PKK terror təşkilatının üzvləri minaatanlardan istifadə etməklə Çukurcadan Vana gedən hərbi karvana hücum ediblər.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, hücum nəticəsində Türkiyənin 1 əsgəri şəhid olub, 6-sı isə yaralanıb.

Məlumata əsasən, yaralananlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, PPK terror qruplaşması Türkiyənin dövlət qurumlarına və vətəndaşlarına silahlı hücumlar edir. 2015-ci ilin iyul ayından PPK-nın hücumları nəticəsində 500 dinc sakin və 800 təhlükəsizlik qurumlarının əməkdaşları öldürülüb. Təhlükəsizlik qüvvələrinin keçirdikləri əməliyyatlar zamanı 10 min PKK terrorçusu öldürülüb və ya həbs edilib.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına daxil ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru