Erməni milyarder Samvel Karapetyanın yaxtası Bodrumda - FOTOLAR

20-06-2017, 19:44           
Erməni milyarder Samvel Karapetyanın yaxtası Bodrumda - FOTOLAR
Türkiyənin Bodrum şəhərinə gələn və üzərində helikopteri də olan iki super lüks yaxta 9 tanker yanacaqla təmin edilib.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 120 milyon dollar dəyəri olan, “Ace” adı verilən super lüks yaxtanın yanında saxlanan 67 metr uzunluğundakı gəmi isə onun tədarükçüsüdür.

Səhər saatlarında Bodruma gələn yaxtanın içərisində 20-yə qədər lüks kabini, eləcə də bir sürət qayığı və helikopteri üçün eniş məkanı var. Super lüks yaxtaya dəstək məqsədilə gəldiyi bilinən "Garçon" adlı gəmi də sahildə saxlanılıb. Yaxtanın yanacaqla təmin edilməsi saatlarla davam edib və bunun ardınca tankerlər növbə ilə gömrük sahəsindən ayrılıb. Bu proses zamanı yaxtanın içərisində də təmizlik şirkəti işçiləri tərəfindən köklü təmizlik işləri aparılıb.

Türkiyə mətbuatı sonda aydınlaşdırıb ki, bu yaxta erməni milyarder Samvel Karapetyana aiddir. Erməni milyarderin bir neçə gün yaxtası ilə Bodrum sahillərində gəzəcəyi də yayılan məlumatlar sırasındadır.





















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru