Türkiyənin AB üzvlüyü müzakirəsi dayandırılır

21-06-2017, 09:48           

Avropa Parlamentinin Xarici İşlər Komitəsi Avropa Komissiyası və Avropa Birliyi ölkələrini Türkiyənin AB-yə daxil olması ilə bağlı danışıqları dayandırmağa çağırıb.

Axar.az xəbər verir ki, Avropa Parlamentinin Xarici İşlər Komitəsinin bu bəyanatı Türkiyə ilə bağlı illik hesabatında yer alıb.

Hesabatda AB-nin bu addımı bir müddət əvvəl Türkiyədə keçirilən referendumla və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölüm hökmünün bərpası çıxışı ilə əlaqədar atmalı olduğu bildirilib.

Qeyd edək ki, komitə üzvlərinin hamısı layihəni dəstəkləyiblər. Bu layihənin Avropa Parlamentinin iyulda keçiriləcək plenar iclasına çıxarılması planlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru