Türkiyənin Egey sahillərində zəlzələ olub 22-06-2017, 09:11 Türkiyənin İzmir vilayəti yaxınlığında 5,0 bal gücündə zəlzələ baş verib. APA-nın “Milliyət”-ə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Egey dənizində, ocağı 10 km dərinlikdə yerləşib. Zəlzələ İzmir şəhərində və ətraf ərazilərdə hiss olunub. Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb. Facebook-da paylaş