Tikatəpənin imam cüməsi bu şəhəri kürd şəhəri kimi təqdim edən Mahabadın millət vəkilinə reaksiya verib
22-06-2017, 10:05
GünAz TV: Güney Azərbaycanın Tikatəpə şəhərinin imam cüməsi, təmsil etdiyi şəhəri kürd şəhəri təqdim edən Mahabadın (Soyuqbulaq) millət vəkilinə reaksiya verib.
Höccətul-İslam İsa Bəradəri Tikantəpə Şəhəri İdari Şurasının keçirdiyi iclasda çıxış edərkən son günlərdə Ağdərə Qızıl Mədənində baş verən hadisələrə toxunub.
“Mahabadın millət vəkili cənab Calal Mahmudzadə Ağdərə kəndinin məsələlərinə reaksiya verib. Lakin Tikantəpə Calal Mahmudzadənin millət vəkili seçildiyi məntəqədə yerləşmir. Onun digər məntəqəyə müdaxilə etməsi yaxşı hal deyil”- deyə o bildirib.
İsa Bəradəri millət vəkilinin ölkə prezidentinə yazdığı qərəzli və məqsədyönlü məktubundan danışarkən deyib. “Mahabadın millət vəkili fəhlələrin probleminə baxmaq bəhanəsi ilə Tikantəpənin işlərinə elə bir şəkildə müdaxilə etməməlidir ki, bölgədə etnik və məzhəblər arasında uçurum yaransın. Məsullar və millət vəkilləri əhalini təhrik edəcək açıqlamalar verməməlidir. Onlar öz çıxışlarında yalnız məsələnin mahiyyətindən danışmalıdırlar”- deyə imam cümə qeyd edib.
İyunun 15-də Tikantəpə şəhərinin Ağdərə kəndində bir qrup şəxs kəndə yaxın ərazidə yerləşən qızıl mədəni ətrafına toplaşıb, mədəndə çalışmaq istədiklərini bildiriblər. Polis əməkdaşları isə yığıncağa müdaxilə edib, nəticədə qarşıdurma yaranmışdır. Bu hadisədən sonra radikal kürd qruplarının hərəkətə keçməsinə şahid olduq.
Mahabadın İran parlamentindəki millət vəkili Cəlal Mahmudzadə yaranan fürsətdən sui-istifadə edərək ölkə prezidenti Həsən Ruhaniyə hadisə ilə bağlı məktub yazıb. O məktubda Tikantəpəni sərhədyanı və kürd şəhəri, əhalisini isə kürd kimi təqdim edib. Halbuki, kürdlər bu bölgəyə son illərdə köçüblər, onlar hələ də Tikantəpədə azlıq təşkil edir.
Calal Mahmudzadə mayın 31-də də Həsən Ruhaniyə məktub yazaraq Mahabad məntəqəsində yerləşən yeni təsis edilmiş “Göytəpə” şəhərinin adının kürd vəya farcaya dəyişdirilməsini tələb etmişdir.
Kürdlərin böyük əksəriyyəti Tikantəpə və Qərbi Azərbaycan Əyalətinin digər şəhərlərinə islam inqilabından sonra köçüb. Hazırda kürdlərin ən çox yaşadığı şəhərlərdə belə coğrafi adlar türk dilindədir. Bu isə digər tarixi sənədlərlə yanaşı məntəqənin kimə aid olduğunu sübuta yetirir. Lakin radikal kürd cərəyanları və onların rəsmi orqanlarda olan uzantıları PKK və “Pejak” kimi terror qruplaşmalarının göstərişi əsasında Azərbaycanın əzəli torpaqlarına göz tikib, məntəqəni kürdləşdirmək üçün hətta terror aktları törətməkdən belə çəkinmirlər.
Tikantəpə islam inqilabından öncəki illərdə Marağa şəhərinə bağlı olub. Onun adı Pəhləvi rejimi dövründə dəyişdirilərək Tikab edilib.