"Məndən arvadı ilə cinsi əlaqəyə girməyimi istədi"

22-06-2017, 11:04           

Antalyada Sait Özdemir müdirinin qardaşı oğlu Ramazanı cinsi tələblərinə görə öldürdüyünü deyib.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, çalışdığı avtoyuma məntəqəsində baş verən davada Ramazan Barışı bıçaqlayaraq öldürən Sait Özdemir, məhkəmədə "Məndən həyat yoldaşıyla cinsi əlaqəyə girməyimi istədi" deyərək özünü müdafiə edib.

Təqsirkar daha sonra "Davamlı məndən bu istiqamətdə tələbləri olurdu. Ancaq mən qəbul etmirdim. Hətta həyat yoldaşı da gəldiyində avtomobili yuyarkən mənə əl atırdı. Gülüb keçirdim. Mən yenə qəbul etmədim. Bundan sonra "Ya mənim istəklərimə cavab verəcəksən, dediklərimi edəcəksən, ya da buradan get. Sabah səndən cavab gözləyirəm" dedi. Mən o gün səhərə qədər əsəbdən yata bilmədim. Sinir böhranı keçirdim. Səhər iş yerində bıçaq vardı. Onu vurdum, sonrasını heç xatırlamıram" sözləri ilə müdafiə çıxışını yekunlaşdırıb.

Məhkəmə təxirə salınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru