Ehtiraslanıb Ramazanda qısa şortikli qızı döyən oğlana hökm oxundu - VİDEO

22-06-2017, 18:12           
Ehtiraslanıb Ramazanda qısa şortikli qızı döyən oğlana hökm oxundu - VİDEO
Türkiyədəavtobusda qısa şort geyinən qızı döyən şəxs barəsində məhkəmə qərarı çıxarılıb.

Missiya.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qızı döyən Ercan Kızılateş 3 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Oğlan ifadəsində qıza əvvəlcə xəbərdarlıq etdiyini deyib: «Qıza əvvəlcə normal çəkildə dedim ki, bu vəziyyətdə avtobusa minməyiniz düzgün deyil. O, isə mənə «Səndə baxma» dedi. Mən insanın bəzən nəfsinə hakim ola bilmədiyini və sizin geyiminizin məni günaha təhrik etdiyini bildirdim. Daha sonra qız sözümü eşitmədiyi üçün üzündən itələdim».

Ercan qızı döymədiyini deyib. Qeyd edək ki, hadisə İstanbulun Pendik səmtində baş verib. Qızın şillələnmə anı kameralara düşüb.


Şortlu Kızı Darp Eden Saldırgan Tutuksuz... by haberler












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru