Baş nazirdən Mosulla bağlı müjdə – “Bir neçə günə…”

23-06-2017, 09:24           
Baş nazirdən Mosulla bağlı müjdə – “Bir neçə günə…”
Bir neçə gün ərzində Mosulun işğaldan azad edilməsi elan ediləcək.

Axar.az xəbər verir ki, bu sözləri İraq Baş naziri Heydər Abadi jurnalistlərə açıqlamasında deyib.

“Mosulun tamamilə işğaldan azad edildiyini elan etməyimiz bir neçə günə baş tutacaq”, – Abadi bildirib.

O, həmçinin İŞİD tərəfindən məhv edilən tarixi Nemrud və Hatra şəhərlərinin, Mosuldakı Nuri məscidinin dağıdılan minarəsinin restavrasiyasının planlaşdırıldığını da qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru