Türkiyənin Herekol dağında terrorçular Türkiyə ordusuna təslim olub.
Teleqraf.com xəbər verir ki, ölkənin Sirt bölgəsindəki Herekol dağında gizlənən terrorçuların yerini aşkar edən hərbçilər onlardan təslim olmalarını tələb edib. Amma terrorçular türklərin onları sağ buraxacaqlarına inanmayıblar. Belə olduqda türkiyəli zabit onları inandırmaq üçün olduqca təsirli sözlərdən istifadə edib.
Zabitin sözünə inanan PKK-nın 5 üzvü təslim olub və onlar sağ halda aidiyyəti üzrə təslim ediliblər.
Qeyd edək ki, ərazidə keçirilən əməliyyatda 9 terrorçu təslim olub, 4 PKK-çı isə məhv edilib. [media=https://www.youtube.com/watch?v=wbmwOAFh7J0]