Ərdoğan huşunu itirdi

25-06-2017, 15:47           

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şəkərdən qaynaqlanan təzyiqlə bağlı qısa müddətdə huşunu itirib.

APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında bayram namazı ilə bağlı İstanbulda Memar Sinan məscidinə gələn R. T. Ərdoğan huşunu itirib.

Məscidə təcili tibbi yardım briqadası çağırılıb. Həkimlərin müdaxiləsindən sonra R. T. Ərdoğan özünə gəlib. Məsciddən çıxan Türkiyə prezidenti jurnalistlərə açıqlamasında vəziyyətinin normal olduğunu, şəkərdən qaynaqlanan təzyiqlə bağlı səhhətində qısa müddətdə problem olduğunu bildirib və bunu yorğunluqla əlaqələndirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru