80 yaşlı nənəni polislər apardı – Qonşuları şikayət etdi + FOTOLAR

25-06-2017, 15:52           

Türkiyənin Adana şəhərinin Seyhan qəsəbəsində qonşuların şikayət etdiyi 80 yaşlı Zəkiyə Gəzgiç adlı qadını polislər bölməyə aparıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, qonşuların iddiasına görə Z.Gəzgiç evin damına çıxaraq digər evlərə daş atıb.

Şikayətdən sonra polis yaşlı nənənin evinə gedib. Polisləri görən qadın dama çıxıb və daş ataraq polislərin yaxınlaşmasına əngəl olub. Polislərin bütün cəhdinə baxmayaraq qadını damdan endirmək mümkün olmayıb. Nəticədə qadının qollarına qandal vurularaq damdan endirilib və polis bölməsinə aparılıb.

Qonşuların sözlərinə görə, qadın tək yaşadığı üçün psixoloji problemlər keçirir.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru