FƏTHULLAH GÜLƏN QONDARMA ERMƏNİ SOYQIRIMINI TANIYIB?

13-04-2015, 16:22           
FƏTHULLAH GÜLƏN QONDARMA ERMƏNİ SOYQIRIMINI TANIYIB?
Türkiyənin “Yeni Şafak” qəzeti nurçu lider Fəthullah Gülənin yazdığı iddia edilən və qondarma erməni soyqırımı ilə bağlı olan məktubu əldə edib. Salamnews-un "Yeni Şafak"a istinadla verdiyi xəbərə görə, 1965-ci ildə erməni patriarxı Sınor Kalustyana yazılan məktub Fəthullah Gülənin şəxsi imzasını daşıyır.

Məktub patriarxa müraciətlə başlayır. Bütün millətlərin və insanların qardaş olduqlarının qeyd edildiyi məktubda onların hamısının anasının Həvva, atasının həzrət Adəm (ə) olduğu bildirilir.

F.Gülən məktubda uşaqlıq və peşə illərində bir çox erməni ailəsi tanıdığını, bu səbəblə də "1915-ci ildə ermənilərə qarşı törədilmiş soyqırımını xatırlatmaya bilməyəcəyini" yazır: "1915-ci ildə ermənilərə qarşı törədilən böyük soyqırımını lənətlə yad etməyə bilmərəm.

Həmin hadisələrdə qətlə yetirilən insanlar arasında nə qədər böyük şəxsiyyətlərin olduğunu dərin həssaslıq və hörmətlə xatırlayıram".













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.