İstanbulda silahlı insident baş verib, ölənlər var

14-08-2017, 08:45           
İstanbulda silahlı insident baş verib, ölənlər var
İstanbulda polis əməkdaşını qətlə yetirən silahlı məhv edilib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, şəhərdə İŞİD-ə qarşı həyata keçirilən əməliyyat çərçivəsində terrorçularla əlaqədə olmaqda şübhəli bilinən şəxs saxlanlıb.

Polis idarəsinə çatdırılan zaman şübhəli şəxs onu müşaiyət edən polis əməkdaşına qəflətən bıçaqla zərbə endirib. Adı açıqlanmayan silahlı asayiş keşikçiləri tərəfindən dərhal zərərsizləşdirib.

Xəstəxanaya çatdırılan polis əməkdaşı Sinan Acarın həyatını isə xilas etmək mümkün olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru