Türkiyə bu layihə ilə rekorda imza atacaq

14-08-2017, 09:18           

Türkiyənin İstanbul şəhərində dünyanın ən böyük hava limanı tikilir.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, 1.3 milyon kvadrat metr sahəni əhatə edən hava limanı kosmosdan da görünür.

İGA Hava Limanları İnşaatı şirkətinin idarə heyətinin sədri Yusif Akçayoğlu hava limanının ilk mərhələsinin 29 oktyabr 2018-ci ildə tamamlanacağını bildirib.

“O qədər böyük layihədir ki, kosmosdan da görmək mümkündür. Helikopterlə baxanda hava limanının bir hissəsi görünür. Yalnız təyyarədən baxanda bütün ərazini görmək olur”, - o bildirib.

Sözügedən hava limanının dünyadakı ən böyük olmaqla yanaşı, dizaynına görə ən gözəl liman olacağı iddia edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru