Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda zəlzələ baş verib.
Axar.az xəbər verir ki, Türkiyə Təbii Fəlakət və Fövqəladə Hallar Nazirliyi zəlzələnin yerli vaxtla saat 19:48-də 4.8 bal gücündə baş verdiyini açıqlayıb.
Zəlzələnin yerin 62 kilometr dərinliyində baş verdiyi bildirilib.