Kürd yazardan referenduma etiraz:Müstəqilliyin əleyhinə olan və yeni gərginliyə səbəb yaradacaq 8 səbəb - Təhlil
8-09-2017, 08:45

Zibar Kardu
“Watanipress” (Suriya)
Davamlı sabitliyə qovuşmağa həsrət qalan kürd xalqı bu köhnə diləyinə yaxınlaşdığı ərəfədə fərdi və kollektiv maraqlarını təmin etmək üçün ortaya çıxan bir çox siyasi-məzhəbçi yanaşmaların hədəfi halına gəlib, yorğun bədənində yeni yaraların şahid olur.
Burada vurğulanması lazım olan əhəmiyyətli məqam isə budur: sözügedən eqoist və mənfəətçi cəhdlərin icraçıları ictimaiyyətin dəstəyini qazanmağa çalışıb, milli maraqlara yetişmə şüarları ilə pərdələnərək, bu pərdə altında kürd xalqını müdafiə etdiklərini iddia edir.
Övladlarının nəhayət, bir gün həyatın gülən üzünü görməsi üçün varlığını təhdid altına alıb illərlə qanlı tərəddüd etmədən canilərə müqavimət göstərən kürd xalqının taleyinə baxdıqda, hazırda bəzilərinin sırf öz maraqları naminə bu toplumun uğurlarını satışa çıxarmasına səssiz qalmamız doğru deyil.
Azadlıqsevər hər kürdün mənsub olduğu xalqın daha yaxşı bir gələcəyə çatmasını istəməsi çox təbiidir, ancaq İraq Kürdüstanında müstəqillik referendumu bu saf duyğuları öz mənfəətləri üçün istifadə edənlərin oyundur – kürd xalqının ideallarını ürəyində gəzdirmədən iqtidarda olan bir qrupun öz mənfəəti üçün onu doğru yoldan azdırmağa çalışdığı oyun.
Bu qısa yazıda Ərbil rəhbərliyinin qarşıya qoyulan referendumunu müstəqil Kürdüstan dövlətinin təşəkkülü ilə nəticələnməsinə yox, Məsud Bərzaninin şəxsən etdiyi etirafların əksinə, qanlı qarşıdurmanın yaşanmasına səbəb ola biləcəyini bəzi açıqlamalarla sübut edəcəyəm:
Birincisi, Məsud Bərzaninin İraq Kürdüstanı Regional Rəhbərliyinin (İKRR) başçılıq kreslosuna oturması qanuna ziddir və bu qanunsuz cəhd 2 ilə yaxındır davam edir. Buna görə də qanuni olmayan bir hüquqi məqamın kürd xalqının gələcəyinə dair qərar vermə səlahiyyəti yoxdur.
İkincisi, İraq Konstitusiyasına görə, İKRR-də keçiriləcək hər növ referendum yerli parlament tərəfindən təsdiq edilməlidir, halbuki indiki vaxtda parlamentdən hər hansı bir təsdiq yoxdur, odur ki, bu qərar əvvəldən qanunsuzdur.
Üçüncüsü, bir dövlətin təşəkkülündə təsirli olan ən əhəmiyyətli şərtlərin biri həmin ölkənin özünü idarə etməsi üçün güvənilə bir iqtisadi dayağa sahib olmasıdır. Kürdüstanın coğrafi şərtlərinə baxdıqda bunun daha da əhəmiyyətli olduğunun fərqinə vara bilərik. Keçmişdə Kərkükün neft quyularına bel bağlayan İKRR rəsmiləri bu əyalətdəki təhlükəsizlik quruluşunun sünni ərəblərin lehinə çevrilməsi nəticəsində sözügedən iqtisadi resursların artıq İKRR-in tam nəzarətində olmadığını və hətta böyük daxili qarşıdurmaya da yol aça biləcəyini anlamalıdır.
Dördüncüsü, ABŞ və İsrailin bölgənin parçalanması üçün qurduğu böyük planın davamında Kürdüstan sonradan sünni-ərəb bölgəsinin meydana gəlməsində iştirak edir. Bu cəhd, şübhəsiz, əvəzini birbaşa kürd və ərəb kimi fərqli etnik qruplardan ibarət İraq xalqının ödəyəcəyi bezdirici və dağıdıcı bir kürd-ərəb müharibəsinin meydana gəlməsinə səbəb olacaq.
Beşincisi, şafei məzhəbi, sufi təriqəti və ya şiə məzhəbinə mənsub müsəlman-kürd xalqının dini qayğılarını nəzərə alaraq, bu ehtiyacların rəsmi Kürdüstanın formalaşmasından sonra da ölkəyə hakim olan dünyəvi siyasətçilər tərəfindən müsbət şəkildə qarşılanacağına dair hansı zəmanət var?
Altıncısı, hazırda aralarında bir çox etnik-siyasi anlaşılmazlıqlarla qarşı-qarşıya olan KDP, Vətənpərvərlər Birliyi, PKK və “Goran” – dörd böyük siyasi rəqib referendumdan sonra hansı statusa malik olacaq? Onların həmrəyliyə nail olması ehtimalı ilə birlikdə siyasi döyüşə daxil olmamalarına zəmanət verəcək hər hansı bir həll seçənəyi varmı, yoxsa kürd xalqı illərlə bu qrupların arasındakı siyasi polemikanın əvəzlərini ödəmək məcburiyyətində qalacaq?
Yeddincisi, İKRR-in qonşuları – İran, İraq, Suriya və Türkiyənin referenduma bağlı rəftarlarını açıq şəkildə bilməsi ilə yanaşı, Türkiyə hərbi müdaxilənin ola biləcəyini deyir ki, bu baxımdan İraq və Suriyanın da eyni əməli etməsi gözləniləndir. Müharibə mühitinin meydana gəlmədiyi təqdirdə belə, yeni qurulan Kürdüstan dövlətinin sərbəst çay nəqliyyatı, quru və hava yollarının blokadaya alınmayacağına dair hər hansı bir zəmanət varmı? Vəd məsələsində pis etibara sahib ABŞ ilə İsrailin verdiyi təminatların doğru seçim olmadığı müzakirə edilməyəcək gerçəkdir. Bunun ən bariz nümunəsi Cənub Sudanda baş verənlərdir.
Beləcə, bütün gücü ilə İraqa girən ABŞ-ın məqsədlərinə çata bilmədən ölkəni tərk etmək məcburiyyətində qalması, Kürdüstanda meydana gətirdiyi təsisatlarla kürdləri müdafiə edə biləcəyini düşünmək çox məntiqli görünmür.
Səkkizincisi, ümumən beynəlxalq birlik, Amerika və İsrailin verdiyi dəstəyə baxmayaraq, bu referendumu müsbət qarşılamır. Avropa turuna çıxan Məsud Bərzaninin boş əllə qayıtması buna sübutdur.
Son nəticə: Kürdüstanın müstəqillik referendumu kürddaxili, etnik, bölgə, məzhəbçi və beynəlxalq böhranların yaranmasına zəmin hazırlayacaq. Bununla da kürd xalqının maraqları nəzərə alınmadan vəziyyətin daha gərilməsinə səbəb olacaq.
Tərcümə: Strateq.az