Türkmənistandan Bakıya gələn gəmidə terror aktının qarşısı alınıb

12-09-2017, 14:15           
Türkmənistandan Bakıya gələn gəmidə terror aktının qarşısı alınıb
Türkmənistan xüsusi xidmət orqanları ölkənin Türkmənbaşı şəhərindən Bakıya gələn sərnişin bərəsində terror aktının qarşısını alıb.
“Report” “CA-NEWS”- istinadən xəbər verir ki, ad və soyadları açıqlanmayan Türkmənistan vətəndaşı olan iki qardaş bərəyə partlayıcı qurğu keçirməyə cəhd göstərərkən tutulublar.
Məlumata görə, qardaşlar əvəvldən müxtəlif istiqamətlərə bilet alıblar. Sonda Bakıya gələn bərəyə miniblər. Onlar partlayıcını hissə-hissə bərəyə daşıyıraq, bombanı onun göyərtəsinə yığmağı planlaşdırıbmışlar. İnformasiyaya əsasən, partlayış Türkmənistanın su ərazisində törədilməli imiş.
Həmin gün bərədə 170-ə yaxın sərnişin və Türkiyə şirkətinə məxsus yük avtomobiləri olub.
Məlumata görə, xüsusi xidmət orqanları terror aktının törədiləcəyinin əvvəlcədən bilirmiş.
Partlayışın qarşısının alınması əməliyyatı avqustun 28-də keçirilsə də məlumat sentyabrın 12-də yayılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru