Meral Akşenerin partiyasının loqosu "xınalı əl" olacaq

13-09-2017, 13:30           
Meral Akşenerin partiyasının loqosu "xınalı əl" olacaq
Meral Akşenerin yeni qurduğu partiyanın loqosu məlum olub.

"Ölkə.Az" xəbər verir ki, Akşenerin referendumda istifadə etdiyi "xınalı əl" yeni partiyanın loqosu olacaq.

Siyasətçi Cümhuriyyət bayramında Atatürkün Qurtuluş Mübarizəsinə start verdiyi Samsunda ilk iclasını keçirməyi planlaşdırır. Partiyanın loqosu Akşenerin konstitusiya referendumunda istifadə etdiyi "xınalı əl" olacaq. Loqo üçün hər barmağın ədalət, demokratiya, rifah və qardaşlıq sloqanlarını simvolizə edən əl işarəsi seçilib.

Yeni partiyanın adı Mərkəz Demokrat Partiyası olmayacaq. Akşener, Ümit Ozdağ və Koray Aydın partiyanın adının tək kəlməlik olacağını bildiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru