“Ərdoğan Menderes deyil, udqunaraq danışmır”

14-09-2017, 23:19           
“Ərdoğan Menderes deyil, udqunaraq danışmır”
Türkiyəli jurnalist Fehmi Koru bu axşam Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında baş tutuacaq görüşlə bağlı müəammalı yazı qələmə alıb.

Axar.az xəbər verir ki, yazar bu görüşdən narahat olduğunu dilə gətirib.

Fehmi Koru “Təcili səfər nə üçün təcilidir? Menderes və Ozalın Vaşinqton səfərləri nəyi xatırladır?” başlıqlı yazısında bu səfərin Türkiyə üçün müsbət dəyişkliyə səbəb olmayacağını bildirib:

“Üz-üzə görüş məni narahat edir. Adnan Menderes səfər öncə ABŞ-dan iqtisadi yardım istəmiş, Turqut Ozal isə yardım əvəzinə iqtisadiyyatı inkişaf etdirməyi təklif etmişdi. Ozal Kamp-Deviddə olduqca gözəl qarşılanmışdı. Menderesin ABŞ səfərindən cəmi 6 ay sonra, 1960-cı ildə çevriliş həyata keçirildi. Əlbəttə bu gün Türkiyə ABŞ-ın sözünü dinləməyəcək duruma gəlib. Ərdoğan da Menderes deyil. Udqunaraq danışmır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.