“Zaman” qəzeti yazarlarının məhkəməsi başlayır

18-09-2017, 21:50           

Əksəriyyəti “Zaman” qəzetinin keçmiş əməkdaşı və ya müəllifi olan, aralarında Şahin Alpay, Ali Bulaç və Ahmet Turan Alkan da olduğu 30 nəfərin mühakimə olunduğu iddianın ilk məhkəmə iclası bu gün Silivri Həbsxana Tədris Korpusundakı məhkəmə iclas zalında başlayacaq.

PRESSDAY.az Türkiyə mediasına istinadən xəbər verir ki, iclasda bir ildən çoxdur həbsdə olan 21 nəfər ilk dəfə hakim qarşısına çıxacaq.

İddianın məhbus müqəssirləri Ahmet Metin Sekizkardeş, Ahmet Turan Alkan, Alaattin Güner, Ali Bulaç, Cuma Kaya, Faruk Akkan, Hakan Taşdelen, Hüseyin Belli, Hüseyin Turan, İbrahim Karayeğen, İsmail Küçük, Mehmet Özdemir, Murat Avcıoğlu, Mustafa Ünal, Mümtazer Türköne, Onur Kutlu, Sedat Yetişkin, Şahin Alpay, Şeref Yılmaz, Yüksel Durgut ve Zafer Özsoydur.

Cinayət işi çərçivəsində İhsan Duran Dağı, Ahmet İrem, Ali Hüseyinçelebi, Süleyman Sarğın, Osman Nuri Arslan, Osman Nuri Öztürk, Lalə Sarıibrahimoğlu, Nuriyyə Akman və Orhan Kemal Çengiz isə həbssiz olaraq mühakimə olunurlar.

Məhkəmənin 64 səhifəlik ittiham aktında bütün müttəhimlər haqqında "Konstitusiya quruluşunuı aradan qaldırmağa təşəbbüs etmək, Türkiyə Böyük Millət Məclisini ortadan qaldırmağa və ya vəzifəsini yerinə yetirməsini əngəlləməyə təşəbbüs etmək və Türkiyə Cümhuriyyəti hökumətini ortadan qaldırmağa və ya vəzifəsini yerinə yetirməyi əngəlləməyə təşəbbüs etməkdə" günahlandırmaları üçlü dəfə ağırlaşdırılmış ömürlük və "Silahlı terror təşkilatına üzv olmaq" günahlandırması ilə də 15 ilə qədər həbs cəzası tələb edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.