Türk komandosunun «cəhənnəm həftəsi»

29-07-2015, 23:57           
Türk komandosunun «cəhənnəm həftəsi»
TÜRK QARDAŞLARIMIZIN APARDIĞI ƏMƏLİYYATLARA İTTİHAFƏN BU YAZINI TƏQDİM EDİRƏM !
(ACIQ MƏNBƏDƏN İSTİFADƏ İLƏ)
Türk komandosunun «cəhənnəm həftəsi»
Dünyanın ən bacarıqlı xüsusi təyinatlılarından sayılan Türkiyənin məşhur Su Altı Savunma (SAS) və Su Altı Taaruz (SAT) xüsusi təyinatlıları istənilən şəraitdə həm su altında, həm də üstündə əməliyyatlar aparmağa qadirdir. Seçimin ilk mərhələsində komandolar boş bir adaya götürülür. Üzərlərində paltardan savayı heç nə olmayan əsgərlər 6 km məsafəni bir saata qət etmək tapşırığı qoyulur. Komandolar gedəndən 10 dəqiqə sonra onların ardınca vəhşi köpəklər buraxılır. Çətin ərazini keçmək tapşırığı alan komandolar eyni zamanda bu itlərlə də mübarizə aparmalıdırlar. Təlimləri izləyən jurnalistlərin yazdığına görə, çox zaman silahsız komandolar həmin köpəkləri yalın əllə və dişləri ilə həmin parçalamalı olurlar.
Seçimin sonrakı mərhələsində komandolar dənizin ortasına aparılır və suya buraxılırlar. Onların bir saat sonra başqa bir qayıqla aparılacağı bildirilir. Amma qayıq 3 saat sonra gəlir. Qayıq onların yanında dayanmadan keçir. Komandolar bacarıb qayığa minməlidirlər. Minə bilməyənlər daha 3 saat suda gözləməlidirlər. SAS-SAT komandoları su altında əməliyyatlar aparmaq üçün ən müasir silahlarla təchiz olunublar. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, SAS-SAT komandoları Azərbaycan Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının hazırlanmasında, onlara kursların keçirilməsində yaxından iştirak edirlər. Bəzi məlumatlara görə, hər il təlimlərin çətinliyinə dözməyib dünyasını dəyişənlərin sayın onlarladır.
Komandolar kursun sonunda «cəhənnəm həftəsi» deyilən sınaqdan da keçməli olurlar. Əsgərə bir bıçaq verərək kimsəsiz meşəyə buraxırlar. Əsgərlər bir həftə ərzində kimsəsiz meşədə ilan və qurbağaları yeməklə yaşamalı olur. Sonuncu təlimlərin ən ağır mərhələsi sayılır.
Komandoların komandosu
Türkiyə Silahlı Qüvvələrinin «Bordo berelilər» adlanan məşhur xüsusi təyinatlıları da mövcuddur. Türkiyədə təhsil almış Azərbaycan hərbçilərinin «komandoların komandosu» adlandırdıqları «Bordo berelilər» digər komando birliklərindən hazırlıqları, təlim və bacarıqları ilə fərqlənirlər. Bu komando birlikləri tamamilə kiçik zabitlərdən və gizirlərdən formalaşdırılır. Könüllülük əsasında seçilən xüsusi təyinatlılar üç il ərzində çox ağır təlimlərdən keçməlidirlər. Onlar ölkə daxilində 72 həftəlik təməl kursu, daha sonra ixtisaslarına uyğun olaraq Türkiyədə və xarici ölkələrdə 10-52 həftə arası ixtisas təlimləri alırlar. «Bordo berelilər»in adı Milli İstihbarat Təşkilatı (MİT) tərəfindən qorunur.
Kurslarda «bordo bereli» olmaq istəyən namizədlərə hərbi təlimlər, əlbəyaxa döyüş, uzaqdan kəşfiyyat, düşmən arxasına keçmə, tanıma, həyatda qalma, qaçış, atəş hazırlığı, psixoloji hazırlıq, paraşüt, amfibiya, qeyri-nizami döyüş və s. aşılanır. İxtisasartırma kurslarında isə onlara istehkam, ilkin yardım, partlayıcıların və minaların zərərsizləşdirilməsi, yüngül və ağır silahların öyrədilməsi, kəşfiyyat və s. öyrədilir. Xaricdə isə onlar əsasən reyncer, hava desant, mülki işlər, ictimaiyyətlə əlaqələr, psixoloji hazırlıq və s. kursların iştirakçısı olurlar. «Bordo berelilər»in hamısı yaxşı paraşütçü sayılır, həmçinin müxtəlif xarici dillərdə mükəmməl danışmağı bacarırlar.
Qeyd edək ki, müxtəlif dövrlərdə xüsusi təyinatlı qüvvələr arasında keçirilən yarışmalarda türk «Bordo berelilər»i «Amor» və «Delta Forçe»dən üstün nəticələr nümayiş etdiriblər. Almaniya, Fransa və s. Avropa dövlətlərinin xüsusi təyinatlıları «Bordo berelilər»in təlim məşqlərinin 30%-ə qədərini keçirlər. Türkiyə «Bordo berelilər»i 2004-cü ildə Almaniyada keçirilən Dünya Xüsusi Təyinatlı Qüvvələri çempionatında 26 ölkənin xüsusi təyinatlıları arasında birinci yerə çıxıb. «K.loca» adlı qıfılı «Delta Forçe»də daxil olmaqla əksər ölkələrin xüsusi təyinatlıları 10,13 saniyəyə açdıqları halda, «Bordo berelilər» bunu 7 saniyəyə açaraq dünya rekordunu özlərində saxlayıblar.
«Bordo berelilər»in özəl xüsusiyyətlərindən biri də lazım gələrsə, öz yaxınlarını belə öldürə bilmələridir. Onlar hətta komandirləri belə «məni vurun!» desə bunu sözsüz yerinə yetirirlər.
PKK sığınacaqlarının birinin divarında türk xüsusi təyinatlıları ilə bağlı belə bir yazılara rast gəlinir: «Əgər bir əsgər sizə dayanmadan atəş açırsa, bilin ki, o gənc və təcrübəsizdir. Gözləyin gülləsi bitsin və gedib qafasına sıxın! Əgər biri sizi gördüyü zaman atəş açır, daldalandığınız zaman durursa, o bir komandodur. Qaçıb canınızı qurtarın!
Əgər sizi gördüyü zaman ortadan qeyd olmuşsa və ətraf səssizsə bilin ki o, «Bordo bereli»dir. Narahat olmayın o, sizi tapacaq».
Türkiyə ordu xüsusi təyinatlıları Foçada və Eğirdir Dağ Komando Məktəbində təlim alırlar. Təlimlərin 90%-i çətin şəraitdə və 60%-i gecə şəraitində keçirilir.
Türkiyə komandolarının əməliyyat zamanı daşıdığı yükün çəkisi 40 kq-dan çoxdur. Bunun 30 kq-nı yatacaq, yemək və sursat, 10-kq-nı isə silahları təşkil edir. NATO standartlarında hər biri ən azı 40 kq yük daşyıan komando saatda 4 km məsafə qət etdiyi halda, türk komandoları 7 km məsafə hərəkət edir. Türk komandosunun gündəlik qidalanma rasionu 5 min kilokaloridir. Şəxsi heyəti 27 nəfərdən ibarət olan bir komando tağımı gün ərzində 30-40 kq yüklə orta hesabla 30 km məsafə qət edə bilir.
Türk Silahlı Qüvvələrində komando birlikləri G3, G41, HK33, M16 tüfəngləri, Browning, Colt, Astra tapançaları, HK MP5 tapança pulemyotu, M4A1 Carabine, M4A1 Commando, karabinləri, Kanasa, Accuray qumbaraları, Mc.Millan snayperi, 60 mm çaplı Komando minaatanı, RPQ-7 qumbaraatanı, PKMS, HK23, MG-3, M-60 pulemyotları, SAW, M240 yüngül pulemyotlar, Browning ağır pulemyotları və 40 mm-lik qumbaraatanlarla təchiz olunur.
Komando birlikləri qarşılarına qoyulmuş vəzifələrə görə, lazer tuşlayıcı, gecə görmə gözlüyü, gecəgörmə durbini, termal kamera, «Nikon» əl durbini, işarə tapançası, duman şaşkaları, əl radiostansiyaları, GPS və s. istifadə edirlər.
Əfsanəvi reyncerlər
ABŞ Silahlı Qüvvələrində xüsusi təyinatlı qüvvələrin - reyncerlərin hazırlığını FM-7-85 «Kiçik reyncer qruplarının əməliyyatları» səhra nizamnaməsi istiqamətləndirir. Reyncerlər Corciya ştatında yerləşən Fort-Benninq hərbi bazasında 72 günlük ağır imtahanlardan, fiziki və psixoloji sınaqlardan keçməli olurlar.
Reyncer hazırlıq kursunun əsas mərhələsi 338 saatdır. Bu mərhələdə reyncerliyə namizədlərə nəzəri və praktiki biliklər aşılanır, həmçinin taktika, düşmən arxasında əməliyyatlar, topoqrafiya, paraşüt-desant hazırlığı, rabitə vasitələri ilə işləmə, şəxsi silahlar, yerli və xarici ölkələrin istehsalı olan silah və döyüş texnikaları barədə məlumatlar verilir. Bu müddətdə reyncerlərə xəritə üzərində oriyentirləri təyin etmək, artilleriya atəşini istiqamətləndirmək və s. öyrədilir.
Reyncerlərə bundan əlavə 309 təlim saatı həcmində dağ hazırlığı keçirlər. Onlar bu tədris saatlarını əsasən dağlıq ərazilərdə, dəniz səviyyəsindən müxtəlif yüksəkliklərdə əməliyyatlar aparma, silah və texnikalarla davranış əməliyyatlarına həsr edirlər.
Təlimlərin 376 saatlıq üçüncü mərhələsi taktiki əməliyyatlara və müasir döyüşlərə həsr olunur. Şəxsi heyət bu zaman düşmənin müxtəlif qrupları ilə döyüşlər, raket və nüvə hücumları və bu zaman görüləcək işlər, düşmənin ehtiyat qüvvələri və obyektlərinin ələ keçirilməsi taktikalarını mənimsəyirlər. Bu mərhələdə reyncerlərə təcrübəli mütəxəssislər təlimlər verilir.
ABŞ-da reyncer kursunun iştirakçıları gün ərzində 20 kq yüklə 90 dəqiqəyə 10 km məsafəni qət etməlidirlər.
Reyncerlərin qida rasionunu xüsusi hazırlanmış və 3 min kilokalori enerjiyə malik MRE (Meals Ready to Eat) yeməyi təşkil edir.
Müqayisə üçün bildirək ki, ABŞ-da reyncer hazırlığı üzrə təməl kurs 72 gün çəkdiyi halda Türkiyədədə bu 155 gündür. Reyncerlər türklərdən fərqli olaraq su təlimləri, alpinistçilik, qış şəraitində və şiddətli soyuqda təlimlər keçmirlər. Qeyd edək ki, türk komandoları həmçinin, əlavə 9 həftəlik xüsusi kurs da keçirlər ki, bu da reyncerlərin hazırlıq proqramında yoxdur.
Gürcüstan xüsusi təyinatlıları
Gürcüstanda bir neçə dövlət struktrunun xüsusi təyinatlı qüvvələri mövcuddur. Müdafiə Nazirliyinin xüsusi təyinatlı qoşunlarına şəxsi heyəti 1500 nəfər olan Xüsusi əməliyyatlar Qrupu, 1-ci piyada briqadasıın şəxsi heyəti 600 nəfər olan 12-ci batalyonu (kommondos), Hərbi Dəniz Qüvvələrinin 50 nəfərlik xüsusi təyinatlı qüvvələri,
DİN-in Antiterror Mərkəzinin «Omeqa» xüsusi təyinatlı dəstəsi, DİN-in xüsusi əməliyyatlar Departamentinin «Qiya Qulua», keçmiş Qiya Quluaçılardan ibarət xüsusi operativ departamentinin xüsusi təyinatlı qrupu, DİN-in sərhəd polisinin 250 nəfərlik xüsusi təyinatlıları, həmçinin OMON xüsusi təyinatlıları var.
Müdafiə Nazirliyinin Kocordidə yerləşən Xüsusi Əməliyyatlar Qrupu komandanlıq, qərargah, qərargah bölüyü, 3 xüsusi əməliyyat və 3 kəşfiyyat, rabitə və təchizat bölüyündən ibarətdir.
Kocoridəki xüsusi təyinatlı tabor 3 bölükdən ibarətdir və şəxsi heyəti 250 nəfərdir. Bundan başqa batalyona qərargah bölüyü və 6 xüsusi dəstə daxildir.Operativ dəstələrdə (A kod adlı) 12-14 nəfər təmsil olunur. Onlar silah, atıcılıq, mühəndis hazırlığı, tibbi hazırlıq, rabitə, kəşfiyyat, paraşütlə tullanma və s. Hazırlıqları keçirlər.operativ dəstələr istənilən şəraitdə quruda və dənizdə əməliyyat keçirmək qabilyyətinə malikdir. Hər üç tabor fasiləsiz döyüş növbətçiliyində olur. Bu taborların şəxsi heyəti dincəldikdə, məzuniyyətə və ya icazə alıb harasa getdikdə belə ekiprovkada və silahları ilə buraxılırlar.
Gürcü xüsusi təyinatlılarının bazaları aşağıdakılardır.
Xüsusi Əməliyyatlar Qrupu Tiflis yaxınlığındakı Vaşlidcvari də yerləşir. Baza qərargah, kazarma, təlim korpusu, idman kompleksi, geyim və silah anbarı, qapalı atəş kompleksi, poliqon, vertolyot meydançasından ibarətdir. Qrupun silahlanmasında 5,45 mm AK-74, AKS-74 və AKS-74U, 7,62 mm çaplı AK-47, AKM və AKMS, 5,56 mm çaplı ABŞ istehsalı olan COLT M-16 avtomatının A1 (model 699) və A2 (model 711, model 733 «Commando»), COLT M-4 karabini, 5,56 mm çaplı İsrail istehsalı olan Tavor TAR-21, 9 mm çaplı AS «Val» xüsusi avtomatı, 7,62 mm SVD snayper tüfəngi (SSRİ), 7,2 mm M24 snayperi (ABŞ), 9 mm-lik «Vintorez» snayperi, 12,7 mm çaplı M-93 Black Arrow/Falcon/OM-50 Nemesis snayper tüfəngi, PM, PB, PSS tapançaları, NRS-2 xüsusi bıçaqları, 9 mm çaplı Ingram MAC M10 və M11 tapança pulemyotu, 9 mm çaplı Heckler&Koch MR-5A1 (Almaniya) tapança pulemyotu, 5,45 mm çaplı RPK-74, 7,62 mm RPK əl pulemyotu, 5,56 mm çaplı FN Minimi / M249 (Belçika-ABŞ), 7,62 mm FN MAG / M240, 12,7 mm çaplı Browning M2HB və M2HQCB, 12,7 mm çaplı NSV-12,7 «Utyos», 7,62 mm çaplı PK pulemyotları, 40 mm çaplı QP-25, 40 mm çaplı M203 (M203PI) lüləaltı qumbaraatan, 30 mm AQS-17 avtomatik qumbaraatanı, 66 mm M72 / LAW72 (ABŞ-İngiltərə-Türkiyə birgə istehsalı) birdəfəlik qumbaraatan, 84 mm AT4 / M136 (İsveç - ABŞ) tank əleyhinə birdəfəlik qumbaraatan, 83 mm Mark 153 (Mk.153) SMAW reaktiv qumbaraatanı, 73 mm çaplı tank əleyhinə birdəfəlik reaktiv RPQ-22 (Bolqarıstan) qumbaraatanı, RPQ-18, tank əleyhinə RPQ-7 qumbaraatanı, 60 mm M224 (ABŞ), 81 mm L-16 / M252 (İngiltərə-ABŞ) minaatanları; 9K111«Faqot» və 9K113 «Konkurs» tank əleyhinə idarəolunan raketlər, «İqla» və «Strela» daşınan zenit sistemləri, NATO ölkələrinin ordularında istifadə olunan peyk və GPS rabitə sistemləri, gecəgörmə cihazları, ABŞ istehsalı olan HMMWV M998 – HUMMER hərbi maşınları, İngiltərə istehsalı olan Land Rover Defender 90 və Land Rover Defender 110, Yaponiya istehsalı olan oyota Land Cruiser hərbi maşınları, motodeltoplan və s. daxildir.
Xüsusi əməliyyatlar qrupu ölkə daxilində və digər ölkələrin ərazilərində düşmən hədəflərinə qarşı əməliyyatlar keçirmək, diversiyalar yaratmaq məqsədi ilə təşkil olunur. Gürcüstanın ordu xüsusi təyinatlılarının hazırlanmasında ABŞ Müdafiə Nazirliyindən göndərilmiş 60 təlimatçı məşğul olub. Bu işlər üçün 2 illik «Öyrət və təchiz et!» (GTEP) proqrammı çərçivəsində ABŞ rəsmi Tiflisə 64 mln. ABŞ dolları civarında maddi yardımlar ayırıb, həmçinin texniki köməkliklər göstərilib. Qrupun zabit heyəti Milli Müdafiə Akademiyasını, kapral (çavuş) heyəti isə Krsaniki təlim mərkəzində hazırlanıblar. Qrupun şəxsi heyəti ABŞ-ın Fort-Breqq xüsusi qoşunların təlim mərkəzi, Fort-Benniqdəki Reyncerlərin təlim briqadası, Green Eyes - 10-th Special Operations Group (10-cu göy beretlər qrupu), Dəniz piyadaları korpusu (USMC) «Military Professional Resources Inc.» şirkətinin təlim mərkəzi, İngiltərənin xüsusi aviadesant xidməti (SAS), Türkiyənin «Kommandos», Baş Qərargahın xüsusi təyinatlıları və dağ atıcı briqadalarında təlimlər, ixtisasartırma kursları keçiblər.
Gürcüstan xüsusi təyinatlıları təlim kursunda topqorafiya, taktika, kəşfiyyat, düşmənin arxasında diversiya əməliyyamtları, partizan döyüşləri, həmçinin paraşütlə tullanma, fiziki hazırlıq və tibbi yardım, müxtəlif atıcı silahlardan atəş açmaq, mina zərərsizləşdirmə, sualtı əməliyyatlar, xarici dil və s. Keçirlər.
ikinci mərhələdə isə onlara fərdi hazırlıq yoxlanılır.
Gürcü xüsusi təyinatlıları kurs ərzində müxtəlif fiziki və psixoloji sınadan keçirlər, Gün ərzində xüsusi təyinatlılar 32 kq yüklə 10 km məsafəyə qaçır, kursun yekununda isə onlar bu yüklə 30 km məsafəyə qaçaraq imtahan verməlidirlər.
Abuzər Əbilov
entiyatda olan p/leytenant












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.