Braziliya prezidenti Trampla Ağ Evdə görüşmək istəmir – Gözü çıxan qardaş...
Bu gün, 11:27

Braziliya prezidenti Lula da Silva iqtisadi fikir ayrılıqlarını aradan qaldırmaq üçün sentyabrda BMT Baş Assambleyasının sessiyası çərçivəsində ABŞ lideri Donald Trampla görüşmək istəyir.
Musavat.com xəbər verir ki, məlumatı Braziliya administrasiyası rəhbərinin köməkçilərinə istinadən CNN Brasil yayıb.
Mənbələr qeyd ediblər ki, Braziliya Vladimir Zelenski və ya Cənubi Afrika prezidenti Siril Ramafosa ilə baş verənlərin təkrarlanmasını istəmir. Buna görə də Braziliya hökuməti Ağ Evdə deyil, BMT Baş Assambleyasının sentyabrda keçiriləcək sessiyası çərçivəsində görüşün keçirilməsi imkanlarını araşdırır. Belə sessiyaların Braziliya prezidenti tərəfindən açılması son illərdə ənənəyə çevrilib.
Bundan əvvəl Ağ Ev avqustun 1-dən Braziliya mallarının idxalına 50 faiz rüsum tətbiq olunacağını elan edərək, bu tədbiri ticarət kəsirinin aradan qaldırılmasının zəruriliyi ilə izah edib. Lula da Silva, əgər Vaşinqton iyulun sonuna qədər qərarını yenidən nəzərdən keçirməsə, cavab tarifləri tətbiq edəcəyinə söz verib. Daha sonra dövlət başçısı vitse-prezident Geraldo Alkminin başçılıq etdiyi Braziliya nümayəndə heyətinin danışıqlar yolu ilə tariflərə yenidən baxılmasına nail olacağına ümid etdiyini bildirib.