Rusiyaya qarşı qiyam günü Qırğızstanda bayram kimi qeyd olunacaq
27-10-2017, 07:35
Qırğızstan prezidenti Almazbek Atambayevin sərəncamı ilə 7 noyabr ölkədə bayram günü kimi qeyd olunacaq.
Məlumat üçün qeyd edək ki, 7 noyabr 1916-cı il tarixdə qırğızlar Rusiya işğalına qarşı qiyam ediblər. Müasir rus tarixçiləri bu qiyamın türk xüsusi xidmət orqanları tərəfindən təşkil olunduğunu yazırlar.