Nazarbayev latın əlifbasına mərhələli keçidlə bağlı fərman verdi –Milli Komissiya yaradılır

27-10-2017, 09:01           

Qazaxıstan prezidenti Nursultan Nazarbayev qazax dilinin latın qrafikalı əlifbaya mərhələli keçidi haqqında fərman imzalayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, fərmana əsasən Qazaxıstan əlifbasının latın qrafikasına keçid prosesini təmin etmək üçün milli komissiyanın yaradılması barədə göstəriş verilib.

Fərman Qazaxıstanın 2025-ci ildə tam şəkildə latın qrafikalı əlifbaya keçməsini nəzərdə tutur.

Məlumata görə, fərmana latın qrafikasına əsaslanmış qazax dilinin 32 hərfdən ibarət əlifbası əlavə edilib.

Qazaxıstanda 1920-ci ilədək ərəb qrafikalı əlifbadan istifadə edilib. 1920-40-cı illərdə latın qrafikalı əlifbadan, 1940-cı ildən isə 42 hərfli kiril qrafikalı əlifbadan istifadə edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru