Türkiyədə şok-Gecə qara paltarlı kişi qızların otaqlarına girərək..

6-11-2017, 08:52           

Türkiyədə Karaman bölgəsində, Nəfisə Sultan Qızlar tələbə yataqxanasında, dəhşətli hadisələrin baş verdiyi məlum olub.

teref.az A24.Az -a istinadən xəbər verir ki, gecə qara paltarlı, üzü saçlarıyla örtülü adam, bəzi qızların otaqlarına girərək onlara ərəbcə sözlər deyir.

Qızlardan bəziləri adamın onlara “Sıra sizdədi”, “Öləcəksiniz” tipli yazılı mesajlar qoyub getdiyini söyləyir.

Tələbə yataqxanasında digər qızları da qorxu bürüyüb. 8 tələbə xəstəxanaya çatdırılıb, çox sayda tələbəyə ambulansda tibbi yardım göstərilib.

Tələbələrin sözlərinə görə, 2 həftədir ki, həmin qorxunc adam yataqxanaya gəlir. Qara paltarlı adam onları oyadaraq, üzlərinə sığal çəkir, ərəbcə sözlər söyləyir, otaqlara, qapılara tərəf işarələr göstərir. Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru