İş adamının oğlu 1 milyona killer tutub atasını öldürtdürdü - Foto

15-11-2017, 09:28           
İş adamının oğlu 1 milyona killer tutub atasını öldürtdürdü - Foto
Türkiyədə iş adamı İsa Mindaşı öldürməkdə şübhəli bilinən 6 nəfərin məhkəməsi keçirilib.
Musavat.com-un məlumatına görə, onlardan biri mərhumun öz oğlu Burak Mindaşdır. Keçirilən məhkəmə prosesində Burak Mindaşın atasını öldürmək üçün digər şübhəlilərlə 1 milyon türk lirəsinə anlaşdığı məlum olub.

Qeyd edək ki, 59 yaşlı iş adamı Dənizli rayonunda maşınında gedərkən işıqforda öldürülmüşdü. Daha sonra İsa Mintaşın öldürülmədən az əvvəl mirasının böyük hissəsini müxtəlif dərnəklərə bağışladığı üzə çıxmışdı.

Məhkəmənin qərarı ilə 27 yaşlı Burak Mindaş, killer Kamil Erdem və digər 3 nəfərə ömürlük həbs cəzası verilib. Hadisədə əli olan Yusuf Çağın isə 14 il azadlıqdan məhrum edilib.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru