Türkiyəyə qarşı müharibə bu tarixdə başlamalı idi – Şok etiraf

22-03-2018, 18:25           
Türkiyəyə qarşı müharibə bu tarixdə başlamalı idi – Şok etiraf
PKK terror təşkilatından qaçaraq Silopidə polisə təslim olan "Avesta" kod adlı terrorçu D.K PKK terror qruplaşmasının bütün planlarını etiraf edib.

Publika.az xəbər verir ki, PKK-nın "Xüsusi Qüvvələr" adlı sui-qəsd və təxribat qrupunun üzvü olduğunu iddia edən terrorçu təşkilatın liderlərindən olan Murad Qarailan ilə keçirdikləri görüşlərdə planlaşdırılan sui-qəsdlərin, təxribatların və hədəflərin üstünü açıb.

O bildirib ki, Murad Qarailanın bəzi terrorçuları xüsusi üz maskası sistemi üzərində çalışırlar. Sistemdən Türkiyədəki üz tanıma sisteminə qarşı istifadə nəzərdə tutulur. Onun sözlərinə görə, bir qrup terrorçu bu maskalardan istifadəni öyrənmək üçün Avropa ölkələrinə göndərilib. Təhsili uğurla başa vuran terrorçular kamikadze hücumlarını həyata keçirmək məqsədilə Türkiyəyə girəcəklər.

D.K İraqın Şenqal bölgəsində xüsusi təlim keçmiş 210 nəfərin olduğu, xüsusi hazırlanmış terrorçuların 5 qrupa daxil edildiyi və özünün də daxil olduğu bir qrupun bu ilin aprel ayında Türkiyədə təxribat törətmək üçün göndərilməsinin planlaşdırıldığını bildirib. Terrorçunun sözlərinə görə, PKK kompüter vasitəsilə idarə edilən bombalı avtomobillərlə həyata keçiriləcək terror aktları üzərində işləyirlər.

Qeyd edək ki, Suriyadakı PKK/YPG/PYD terror qruplarına qarşı həyata keçirilən "Zeytun budağı" hərəkatı çərçivəsində fevral ayından İraqın şimal hissəsində yerləşən terror düşərgələrindən qaçan xüsusi hazırlanmış bir qrup terrorçu Şirnak vilayətinin Silopi mahalında hüquq-mühafizə orqanlarına təslim olublar. Hazırda terrorçuların verdiyi məlumatların nə dərəcədə dəqiq olub-olmadığı araşdırılır.

Daha əvvəl Böyük Britaniyanın “Qardian” nəşrinin Yaxın Şərq üzrə müxbiri Martin Çulov iddia etmişdi ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusuna (ASO) Suriyanın Afrin bölgəsində məğlub olan PYD (PKK-nın Suriya qolu - red.) terror təşkilatı partizan savaşı ilə cavab verməyə hazırlaşır.​​​​​​​ Afrinin şəhər mərkəzinin 48 saatdan qısa müddətdə ələ keçirilməsinə diqqət çəkilən xəbərdə qeyd edilirdu ki, şəhərin uzunmüddətli və çətin mühasirədən sonra alına biləcəyi barədə proqnozlar da özünü doğrultmadı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.