Türkiyə İsraildən gələn təyyarəni belə qarşıladı - Foto

26-03-2018, 09:30           

İsrailin Təl-Əviv şəhərindən Türkiyənin YDA Dalaman Hava Limanına eniş edən 160 nəfər sərnişini olan təyyarə xüsusi şəkildə qarşılanıb.

Axar.az xəbər verir ki, təyyarə su şırnağı və çiçəklərlə qəbul edilib. Qarşılanma mərasimində bir sıra rəsmi şəxslər də iştirak edib.

TÜRSAB Mərmərə Regional İdarəsinin rəhbəri Əli Kırlı turistlərin bölgədə istirahət edəcəyini bildirib:

“Həm ölkəmizə, həm də bölgəmizə xeyirli olmasını ümid edirik. 2018-ci ildə Dalamana gələcək israilli turist sayının 35 minə çatmasını istəyirik”.

Qeyd edək ki, uzun müddət Türkiyə-İsrail arasında yaranan soyuq münasibətlər hər iki ölkənin turizm potensialına mənfi təsir göstərmişdi.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru