Azərbaycanlı qadınları satan şəbəkənin gizli şifrələri üzə çıxdı: “Yeni civciv”, “sirli gecələr”…

6-04-2018, 22:39           

Türkiyənin Bursa, Yalova və Aydın şəhərlərində 17 ünvana eyni anda edilən basqın nəticəsində böyük fahişəlik şəbəkəsi çökdürülüb.

Günaz.Org haberler.com-a istinadən xəbər verir ki, Bursa əxlaq polisinin keçirdiyi əməliyyat zamanı fahişəlik etməyə məcbur edilən qadınlar saxlanılaraq deportasiya edilib, 16 nəfər şəbəkə üzvü isə saxlanılıb.

Aralarında evli cütlüklərin də olduğu şəbəkə üzvlərinin pul qarşılığında çalışdırdıqları qadınları Moldova, Ukrayna, Qazaxıstan, Belarusiya və Azərbaycandan gətirdikləri məlum olub.

Dedektivlərin “Pasportçu” ləqəbli şübhəli şəxsi izəyərkən şəbəkə üzvlərinin öz aralarında “doğum günü tortu”, “icarəyə götürülmüş avtomobil”, “yeni civciv”, “yeni il”, “tək tur”, “sirli gecələr” tipli şifrəli ifadələr işlətdikləri ortaya çıxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru