15 iyuldan öncə PKK ilə gizli və müəmmalı görüşlər...
7-04-2018, 09:00
Türkiyədə həbsdə olan Osman Kavala və barəsində saxlanılma əmri verilən Henri Berkeyin 15 iyul çevrilişə cəhd günündən öncə PKK ilə gizli əlaqə saxladığı bəlli olub.
Axar.az xəbər verir ki, Türkiyədə sözügedən şəxslər barədə istintaq işi aparılır. Onların çevrilişdən bir ay öncədən tez-tez fasiləsiz Diyarbəkirə getdiyi müəyyən edilib. Sözügedən şəxslər PKK-nın nümayəndələri ilə əlaqə yaradıb, görüşlər keçiriblər.
Onların digər əlaqələrinin də araşdırıldığı bildirilib.