Bildiriş: İran bu torpağı Azərbaycandan qoparır - Foto

8-04-2018, 20:35           

Azərbaycanlı milli-mədəni fəallar Ərdəbil əyalətində yerləşən Heyran gədiyinin Gilan əyalətinə ilhaq edilməsinə qarşı bildiriş paylayıblar.

Axar.az xəbər verir ki, bildirişlərdə Astara, Ənzəli və Rəşt ətrafındakı məntəqələrin Azərbaycandan necə ayrılması və Heyran gədiyiinin Ərdəbil əyalətindən qoparılması ilə bağlı planlardan bəhs olunub. Soydaşlarımız Heyran gədiyi məsələsində xalqı dirənməyə, azərbaycanlı millət vəkillərini isə tələb irəli sürməyə çağırıb.

Bundan başqa, Astara şəhərinin Ərdəbilə ilhaq edilməsi ilə bağlı keçirilən bir neçə sorğunun nəticəsi məlum olub. Astaranın “Astaraye fərda”, “Məcəlle Tənz Astara” və “Astara Plas” yerli Teleqram kanallarının keçirdiyi sorğuda iştirakçıların sıralama ilə 62, 84 və 73 faizi Astaranın Ərdəbilə birləşdirilməsini tələb edib. Maraqlıdır ki, qeyd olunan kanalların üçü də dövlət və paniranist qüvvələr tərəfindən idarə olunur. Kanal idarəçiləri sorğunun ilkin nəticəsini görüncə onu səhifədən siliblər.

Xatırladaq ki, son günlərdə Ərdəbilin Heyran gədiyi ərazisini Gilan əyalətinə birləşdirməklə bağlı bu əyalətin rəhbərliyinin irəli sürdüyü əsassız iddialar azərbaycanlıların geniş etirazına səbəb olub. Bir çox soydaşımız, o cümlədən Astara əhalisi isə vaxtı ilə Ərdəbil bölgəsi və Şərqi Azərbaycan əyalətində yerləşən Astara məntəqəsinin yenidən Ərdəbilə birləşdirilməsini tələb edir. Tələblər sərtləşdikcə, Gilan rəhbərliyi təhlükəsizlik qüvvələrini azərbaycanlılara qarşı tədbir görməyə çağırır.
Bildiriş: İran bu torpağı Azərbaycandan qoparır - Foto












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru